image-7backend

Nürnberq məhkəməsində tərcüməçi olmuş əfsanəvi azərbaycanlı vəfat etdi

image-reklam_sirab_01

Məşhur azərbaycanlı jurnalist, Nürnberq məhkəməsində tərcüməçi olmuş Ənvər Məmmədov 101 yaşında vəfat edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə onun yaxınları məlumat verib.

Ölümün səbəbi barədə məlumat verilmir. Dəfn mərasiminin vaxtı və yeri daha sonra açıqlanacaq.

Bu ilin avqustunda 100 illik yubileyi ərəfəsində Məmmədova Aleksandr Nevski ordeni təqdim edilib. Jurnalistin həmkarları onu SSRİ-nin “Dövlət Radio və Televiziyasının Şahzadəsi” adlandırırdılar.

Ənvər Nazim oğlu Məmmədov 1923-cü ilin 15 avqustunda Bakıda anadan olub. O, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985) olub. İngilis, alman, italyan və fransız dillərini bilirdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki