“The New York Times” qəzeti İranın geniş su bəndləri şəbəkəsi və suötürmə layihələrinin bir hissəsinin yeraltı raket bazalarının fəaliyyətini dəstəkləmək məqsədilə inşa edilmiş ola biləcəyini yazıb.
Nəşr ekspertlərin araşdırmalarına istinadən bildirir ki, İranın su infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərlə ABŞ və İsrailin hava zərbələri endirdiyi hədəflər arasında coğrafi uyğunluqlar müəyyən edilib.
Məlumata görə, mülki təyinatı tam aydın olmayan bəzi infrastruktur layihələri yeraltı hərbi obyektlərin fəaliyyətinin davam etdirilməsinə və onların təminatına imkan yarada bilər.
Almaniyanın Hamburq Texnologiya Universitetinin su təhlükəsizliyi üzrə eksperti Nima Şükri bildirib ki, onun rəhbərlik etdiyi tədqiqat qrupu İran ərazisində yerləşən azı 533 su bəndinin coğrafi mövqeyini təhlil edib.
Bununla belə, “The New York Times” vurğulayır ki, su infrastrukturu ilə hərbi obyektlər arasında birbaşa əlaqənin mövcudluğu hələlik təsdiqlənməyib. Sözügedən ehtimal hazırda fərziyyə olaraq qalır.


























