image-reklam-veteninfo
image-1120630backend

Nyu York məhkəməsi Donald Trampı dələduzluqda təqsirli bilib

image-reklam-veteninfo

Nyu-Yorkda hakim ABŞ-ın keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib. Hakimin qərarına görə, Tramp daha sərfəli şərtlərlə kreditlər almaq üçün 10 il ərzində aktivlərinin dəyərini və sərvətinin ölçüsünü şişirdib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bu qərarı 26 sentyabr 2022-ci ildə Nyu-York əyalətinin hakimi Artur Enqoron verib. ştatın baş prokuroru Letisiya Ceymsin sentyabr ayında keçmiş dövlət başçısı və onun üç böyük övladı Erik Tramp, kiçik Donald Tramp və İvanka Trampa qarşı qaldırdığı mülki iddia əsasında. Daha sonra İvanka Trampa qarşı iddia rədd edilib.

Hakimin qərarına əsasən, Trampın Nyu Yorkda bizneslərinin, o cümlədən “Trump Organization”un əsasında fəaliyyət göstərdiyi lisenziyalar da ləğv edilib.

Oktyabrın 2-də məhkəmə prosesi keçiriləcək, prosesdə təqsirləndirilən şəxslərin ödəyəcəyi zərərin məbləği müəyyənləşəcək. Baş prokuror Letisiya Ceyms Trampdan 250 milyon dollar cərimə ödəməsini tələb edir. Bu mülki iddiada Tramp həbs cəzası ilə üzləşmir.

ABŞ-ın keçmiş prezidentinə qarşı da cinayət işi qaldırılıb. O, Corciya ştatında keçirilən seçkilərin nəticələrinə müdaxilə etməkdə, məxfi sənədlərlə işləmə qaydalarını pozmaqda, porno ulduz Stormi Danielsə susdurmaq üçün pul ödəməkdə və buna görə biznes hesabatlarını saxtalaşdırmaqda ittiham olunur.

Tramp hesab edir ki, ona qarşı irəli sürülən bütün ittihamlar siyasidir və onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakının qarşısını almağa yönəlib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki