image-1backend

Obamanın keçmiş müşaviri Trampı seçkiqabağı yarışda favorit adlandırıb

image-reklam_sirab_01

ABŞ prezidenti Barak Obamanın keçmiş baş müşaviri, onun 2008 və 2012-ci illərdəki seçki kampaniyasının rəhbəri Devid Akselrod ABŞ prezidentliyinə namizəd Donald Trampı seçki yarışında favorit hesab etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə o, Hacks On Tap podkastında bildirib.

“Mən Trampı bu yarışda olduqca güclü favorit kimi görürəm” dedi Axelrod.

ABŞ prezidenti Co Bayden iyulun 21-də ikinci müddətə namizəd olmayacağını açıqlayıb. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. Respublikaçı namizəd Donald Tramp dəfələrlə bəyan edib ki, ABŞ-ın hazırkı vitse-prezidentini məğlub etmək onun üçün çox asan olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki