image-reklam-veteninfo
image-18-dek-2024backend

ÖƏK və vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü

image-reklam-veteninfo

18 dekabr 2024-cü il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “ÖƏK və vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü” adlı tədbirdə iştirak edib. QHT-lərlə onların təmsil etdikləri icmalar arasında kommunikasiya və əks-əlaqənin gücləndirilməsi müzakirə olunub. QHT-lərin layihə təkliflərinin hazırlanmasında iştirakı, əməkdaşlıq şəbəkəsinin yaradılması və ÖƏK-in fəaliyyəti barədə məlumatların icmalara müntəzəm çatdırılması təklif edilib.

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki