image-1backend

Olaf Şolz:”Mən Rusiyaya getməyəcəyəm”

image-reklam_sirab_01

Almaniya kansleri Olaf Şolz Bundestaqın müxalif Xristian Demokrat İttifaqından olan deputatının kanslerin fevralın 23-dək Moskvaya səfər edəcəyi barədə bəyanatını yalan hesab edib.

Vətəninfo.az xəbər verir ki, deputat X-də yazıb ki, Şolzun Rusiyaya fevralın 23-nə təyin edilmiş növbədənkənar Bundestaq seçkilərinə qədər səfər edə biləcəyinə dair sübutlar var. Deputat bu məlumat üçün heç bir mənbə göstərməyib.

Almaniya Sosial Demokrat Partiyasının iclasından əvvəl Olaf Şolz , “Bu, yalan bəyanatdır. Bu, dərin ədəbsizlikdir” dedi.

Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Şolzun Moskvaya gözlənilən səfəri ilə bağlı xəbərin uydurma olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image