Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur. Neçə insan hələ də mina təhlükəsi altındadır.
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.
“Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin 12 faizi minalarla ciddi şəkildə çirkləndirilib. İndiyə qədər 3400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib. Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır. Burada əsas problem Ermənistanın basdırdığı minaların xəritələrini təqdim etməməsidir. Hazırda 140 min hektara qədər sahə hərbi sursatlar və minalardan təmizlənib”,-deyə o bildirib.