image-reklam-veteninfo
image-1backend

Onlayn fırıldaqçılıq şəbəkəsi çökdürüldü: 87 nəfər saxlanıldı

image-reklam-veteninfo

Myanmada onlayn fırıldaqçılıq və internet üzərindən qumar oyunları təşkil etməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Myanmar Digital News” məlumat yayıb.

Bildirilib ki, əməliyyat oktyabrın 5-də səhər saatlarında Hoponq şəhərinin yaxınlığında keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Nalon kəndi yaxınlığında onlayn fırıldaqçılıq və qumar fəaliyyəti ilə məşğul olduğu bildirilən şəxsləri saxlayıblar.

Saxlanılanların 75-i Çin, 12-si isə Myanma vətəndaşıdır. Məlumata görə, Çin vətəndaşları Myanma ərazisinə qanunsuz daxil olmaqda da şübhəli bilinirlər.

Əməliyyat zamanı şəxslərin fəaliyyət göstərdiyi düşərgə də aşkarlanıb. Onların yaşayış yeri, iş məkanı və mətbəx kimi istifadə etdiyi brezent çadırlarda yerləşdikləri bildirilib.

Ərazidən ümumilikdə 524 mobil telefon, 17 kompüter, 2 noutbuk və 4 Starlink sistemi müsadirə edilib.

Həmçinin qanunsuz tikililərin sökülməsi ilə bağlı tədbirlərin görüləcəyi açıqlanıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki