Macarıstanın qanuni hökumətini devirmək üçün Brüsseldə sui-qəsd olsa da, Macarıstan Polşa kimi ölkəyə çevrilməyəcək.
Vətəninfo.az xəbər verir ki , bu barədə Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkənin X platformasında bildirib.“Avropa Xalq Partiyasının lideri Manfred Veber və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin rəhbərlik etdiyi Macarıstana qarşı açıq sui-qəsd var. Onlar etiraf ediblər ki, məqsədləri Macarıstan hökumətini yeni icra orqanı ilə əvəz etməkdir, Polşada olduğu kimi, biz buna imkan verməyəcəyik”, – Orban yazıb.Orban daha əvvəl bildirmişdi ki, Avropa Komissiyası və Avropa Xalq Partiyası rəhbərliyi Macarıstan hökumətini devirmək və Brüsselin bütün tələblərini yerinə yetirəcək öz muzdlularını təyin etmək istəyir ki, bu da Macarıstanın suveren siyasətinin sonu deməkdir. Onun sözlərinə görə, Macarıstan Brüsselin şantajından qorxmur və Avropa Birliyinin marionetkasına çevrilməmək üçün mübarizə aparacaq.