image-1-11-750x470backend

Ordumuz Şuşanın Böyük Qaladərəsi kəndinin 500 metrliyində mövqe tutub: “Bizimlə işləri yoxdur”

image-reklam_sirab_01

Azərbaycan Ordusunun erməni terrorçularının silah daşıdığı Turşsu-Xankəndi torpaq yolunu bağlamasından sonra Şuşanın Böyük Qaladərəsi kəndidə məskunlaşmış ermənilərlə Xankəndi arasında əlaqə kəsilib.

Həmin kəndin “icma rəhbəri” Davit Davidyan bildirib ki, Xankəndidə işləyən kənd sakinləri hazırda işsiz qalıblar.

O deyib ki, Xakəndi ilə kənd arasında bütün yollar bağlıdır. Onların yalnız telefon əlaqəsi qalıb. “Azərbaycan Ordusunun mövqeləri ilə kənd arasında məsafə hazırda 500 metrə yaxındır. Mən arıçılıqla məşğulam. Arı pətəklərim Azərbaycan mövqeyindən 500 metr aralıda yerləşir. Düzdür, indiyə qədər Azərbaycan tərəfi kənd təsərrüfatı ilə məşğul olan kəndliləri hədəfə almayıb. İndiyə qədər bir güllə belə atılmayıb. Amma yenə də Qaladərəsi sakinləri narahatdırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image