Prezident İlham Əliyev: “Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir”
Hər bir dövlətin müstəqilliyinin əsas şərti güclü iqtisadiyyatının olmasıdır. Məhz iqtisadi olaraq əldə olunan naiyyətlər, iqtisadi güc dövlətin müstəqilliyinin dayağıdır və bu onu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində dediyi kimi, güclü iqtisadiyyat müstəqillik deməkdir: “Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”. Azərbaycan da məhz Prezident İlham Əliyevin prezidentliyi dövründə daha da güclənmiş və iqtisadi güc əldə etmişdir. Bu müddətdə davamlı olaraq iqtisadi islahatlar aparılmış, dövlətin iqtisadi bir modeli qurulmuşdur. Müsbət haldır ki, Azərbaycanın həyata keçirdiyi bu model dünya dövlətləri tərəfindən də qəbul olunub, hətta bir sıra dövlətlər tərəfindən nümunə olaraq götürülmüşdür. Dövlətimiz islahatlarını davam etdirir. Çünki bu islahatların həyata keçirilməsi və icra olunan dövlət proqramları xalqın rifah halının yaxşılaşdırlmasına xidmət edir. Azərbaycan dünya səhnəsində layiqli yer tutmaqdadır. Qərb və dünya dövlətləri Azərbaycanın etibarlı tərəfdaş olduğunu qəbul edir. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini qoruyur. Eyni zamanda dövlətimiz qlobal problemlərin həllinə maksimum dəstək göstərir. Azərbaycanın iqtisadi inkişafı digər sahələrə də öz təsirini göstərmişdir, çünki əldə olan iqtisadi gəlir, həm də maliyyə gücü deməkdir. Bu maliyyə vəsaitləri insan kapitalının inkişafına, ölkənin xaricdə tanınmasına və ən əsas Azərbaycan Ordusunun güclənməsinə sərf olunmuşdur. Azərbaycan 30 il ərzində öz ordusunun güclənməsi, inkişafı üçün çoxlu maliyyə sərf etmişdir və məhz bunun nəticəsində Azərbaycan öz ordusunu müasir silahlarla təmin etmişdir. Həmçinin Azərbaycanın müdafiə sənayesi yaradılmışdır. İstehsal olunan milli silahlar dünya bazarına çıxarılmış, beynəlxalq hərbi sərgilərində nümayiş etdirlmişdir. Azərbaycan, ümumiyyətlə dünya ölkələri ilə hərbi sahədə də əməkdaşlığı daha da gücləndirmişdir. Ordunun silah cəhətdən gücləndirməsi ilə bərabər, təlimlər aparılması, şəxsi heyətin döyüş hazırlığının güclənməsi istiqamətində davamlı işlər görülmüşdür. Çünki biz müharibə şəraitində yaşayan bir dövlət idik və buna görə də ordu daimi müharibəyə hazır olmalıdır. Bu baxımdan silahlı qüvvələrdə döyüş hazırlığı istiqamətində mühüm addımlar atılıb. Bütün bunların nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük. Bu baxımdan dövlətimizin başçısı bildirib ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. Müasir silahlar və güclü ordu ilə istənilə döyüşə hazır hazır idik. 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan döyüş əmirini verdikdən sonra Azərbaycan ordusu döyüşə başlamışdır və Ermənistanın layiqli cavabı verilmişdi. Müharibənin ilk günündən sonuna kimi Azərbaycan ordusu hücum mövqəyində olmuşdur. 8 noyabrda Şuşanın alınması ilə ordumuz şanlı Zəfərə nail olmuşdur. Ona görə də bu 44 gün həm də bir ildirim sürətli bir müharibə olaraq tarixə düşməlidir. Hər günümüz bir uğur oldu və Azərbaycan xalqı da o günlərin hər anını qürurla xatırlayır. Cənab Prezidentin, xüsusən müharibə günlərində xalqa qələbə xəbərləri hər bir soydaşımızın yaddaşına həkk olunub. Bu günlər heç zaman yaddan çıxarılmayacaq tarixi anlardır. Bütün bunların hamsı Azərbaycan dövlətinin, ordmusunun möhkəmlənməsi istiqamətində görülmüş işlərin müsbət nəticəsidir. Buna görə Azərbaycan xalqı öz ordusu, öz hərbiçiləri ilə fəxr edirik, çünki məhz həmin qəhrəman əsgərlərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Cənab Prezident deyib ki, Vətən müharibəsi cəmi 44 gün çəkdi: “Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq”. Bizim gənclərimiz torpaqlarımızın azadlığı uğurunda canlarına fəda edərək mübarizə aparıblar. Bu yolda şəhidlərimiz oldu, biz Allahdan bütün şəhitlərimizə rəhmət diləyirik. Qazilərimiz var, qazilərimizə Allahdan cansağlığı arz edirik və onları əməyi unudulmazdır. Biz şəhidlərimizlə fəxr edirik, qazilərimizə sayığı duyuruq, çünki onlar sözün həqiqi mənasında canlarını torpaq yolunda, vətən yolunda fəda ediblər. Bu da bizim üçün, Azərbaycan xalqı üçün böyük bir fəxərdir, dəyərdir.
Artıq topraqlarımız düşmən işğalından azad olunub. Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Qaçıqın və məcburi könçkünlərimiz öz evlərinə qayıdırlar. Dünya bilməlidir ki, biz Qarabağa, öz el-obamıza qayıtmışıq və hər zaman burda yaşayacağız. Ermənilər burada hər zaman gəlmə olublar və onların üzərində qələbimizlə bunu bir daha sübut etdik. Baxmayaraq ki, Azərbaycan xalqı 30 il ərzində çox böyük əziyyət çəkdi, qaçqınlarımız oldu, şəhidlərimiz oldu, amma Azərbaycan xalqı dözüm, səbir nümayiş etdirdi. Perezident İlham Əliyev Xankəndindəki çıxışında 30 il ərzində xalqımızın böyük faciələrlə üz-üzə qaldığını da xatırladıb: “1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir, Xocalı soyqırımı”. 30 il ərzində xalqımız həm də öz mübarizliyini göstərdi. Ermənilərin bu illər ərzində Azərbaycan xalqının başına gətirdiyi soyqırımları beynəlxaq aləmin diqqətinə dünyaya çatdıra bildik. Erməni yalanlarını ifşa etdik.
Azərbaycan dövləti və xalqı bu qələbəni heç də asan əldə etməmişdi. Qeyd etdiyimiz kimi, şəhidlərimizin qanı hesabına ədə etmişdi və ona görə də bu qələbə bizim üçün çox fəxirdir. Cənab Prezidentin işğaldan azad olunan rayonlarda, eləcə də Xankəndi şəhərində qaldırdığı bayraqlar o deməkdir ki, bu torpaqların əzəli, əbədi sakinlər bizlərik. Nə qədər ki, Azərbaycan dövləti var, bu bayraqlar hər zaman Xankəndi şəhərində və digər rayonlarımızda da dalğalanacaq.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent