image-1backend

Oskar mükafatı yanğına görə təxirə salındı

image-reklam_sirab_01

Amerika Kino Sənətləri və Elmləri Akademiyası Los-Ancelesdə baş verən meşə yanğınları səbəbindən Oskar mükafatına namizədlərin siyahısının dərcini yanvarın 17-dən 19-na təxirə salıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Deadline portalı məlumat yayıb.

“Kaliforniyadakı dağıdıcı yanğınlardan zərər çəkənlərə dərin hüznlə başsağlığı veririk. Üzvlərimizin və həmkarlarımızın çoxu Los-Anceles bölgəsində yaşayır və işləyir. Biz sizi düşünürük. Oskar mükafatına namizədlərin elanı yanvarın 17-dən yanvarın 19-na köçürüləcək. .” akademiyanın direktoru Bill Kramerin məktubunda deyilir.

Əlavə edək ki, 97-ci “Oskar” mükafatlandırma mərasimi 2 mart 2025-ci ildə baş tutacaq. Onu komediya ustası Konan O’Brayen aparacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image