image-1backend

Ovçinskidən sensasion İDDİA. Terrorçular quraşdırılmış çiplərlə idarə olunub  

image-reklam_sirab_01

İnterpolun Rusiya bürosunun keçmiş rəhbəri, istefada olan polis general-mayoru, hüquq elmləri doktoru Vladimir Ovçinski ehtimal edib ki, Moskva vilayətində Crocus City Hall-a hücum edən terrorçular onlarda quraşdırılmış çiplər vasitəsilə idarə oluna bilərdi. Vətəninfo.az xəbər verir ki, bu barədə  “Moskovski Komsomolets” yazır. .

Birinci kanalın “Zaman göstərəcək” tok-şousunda Ovçinski bildirib ki, sadəcə ifaçı olan terrorçuların arxasında ən son texnologiyaya malik Qərb kəşfiyyat xidmətləri dayanıb.

“Onların şüuru söndürülüb. Daha doğrusu, sistemli hərəkət ediblər”, – deyən rus generalı əlavə edib ki, təsir psixotrop maddələr, neyrolinqvistik proqramlaşdırma, ola bilsin ki, quraşdırılmış çiplər vasitəsilə olub.

“İndi neyrobiologiya insanı idarə etməyə imkan verir”, – Ovçinski amerikalı sahibkar İlon Maskın misalını çəkərək izah etdi, o, hələ 2020-ci ildə Gertruda beyninə kompüterlə əlaqəni təmin edən çip yerləşdirilmiş donuzu göstərdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki