Rusiya Azərbaycanla Ermənistan arasında paraflanmış sazişə ehtiyatlı nikbinliklə yanaşır.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun sessiyasında deyib.
“Bu, həm də bizim böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir”, – o qeyd edib.
O, həmçinin əlavə edib ki, Moskva ilin sonuna kimi Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin ötən illə müqayisədə bu il iki dəfə azalacağını gözləyir. Əgər keçən il 12,4 milyard dollar idisə, bu il altı civarında olacaq.