Oktyabrın 27-də keçirilən parlament seçkilərində hakim Özbəkistan Liberal-Demokrat Partiyası ən çox səs toplayıb. Səsvermə nəticəsində seçkilərdə iştirak edən beş partiyanın hamısı Özbəkistan parlamentinə daxil olur.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev brifinqdə bildirib.
“Partiya siyahılarına əsasən, ilkin nəticələr belədir: Sahibkarlar və İş adamları Hərəkatı – Özbəkistan Liberal-Demokrat Partiyası – 34,75% səs, Özbəkistanın “Milli Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”) – 18,82%, Sosial- Özbəkistanın “Adolat” Demokratik Partiyası (“Ədalət”): 16,2%, Özbəkistan Xalq-Demokratik Partiyası: 13,12%, Özbəkistanın Ekoloji Partiyası: 13%
Bundan sonra Özbəkistan MSK prezidenti majoritar seçki sistemi ilə verilən səslərin hesablanmasının nəticələrini dərc edib.
“Nəticələrin yekunlarına görə, Özbəkistanın Liberal-Demokrat Partiyası 42,7% səs və parlamentdə 64 mandat alır”, – deyə Nizamxocayev yekunlaşdırıb.
Özbəkistan parlamentinin aşağı palatasında 150 yer var.