Türkiyə müxalifəti növbədənkənar prezident seçkiləri və həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun azadlığa buraxılması üçün 10 milyondan çox imza topladığını bildirib. Vətəninfo.az Halk TV-yə istinadən xəbər verir ki, bu barədə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özel Samsun vilayətində keçirilən mitinq zamanı bildirib.
“Şənbə günü axşam saatlarına olan məlumata görə, növbədənkənar seçkilərin keçirilməsi üçün toplanan imzaların sayı 10 milyonu ötüb. Bununla belə, bizim daha böyük hədəfimiz var və buna birlikdə nail olacağıq”, – telekanal onun sözlərini sitat gətirib.
Türkiyədə növbədənkənar seçkilərlə bağlı petisiya kampaniyası martın 30-da həbsdə olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun doğulduğu Trabzon vilayətində başlayıb. O zaman 28 milyon imza toplamaq planları açıqlanmışdı ki, bu da Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin may seçkilərində aldığı səslərin sayından bir qədər çox idi.
Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib, lakin müxalifət növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.