Pakistan Silahlı Qüvvələri yerli FƏTH-II uzaq mənzilli yaylım atəşli raket sisteminin (YARS) uğurlu təlim buraxılışını həyata keçirib.
Vətəninfo.az xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, orbitə buraxılışda məqsəd YARS-In dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. Fəth-II adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad Mirzə qoşunları və “Fəth-II”nin inkişaf etdiricilərini uğurlu sınaq münasibətilə təbrik ediblər.
KİV-in məlumatına görə, Fəth YARS Pakistanın Global Industrial & Defense Solutions (GIDS) müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, Amerikanın HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur. 150 km-ə qədər uçuş məsafəsi olan Fəth-I YARS ilk dəfə 2021-ci ilin avqustunda Pakistanda sınaqdan keçirilib.