image-reklam-veteninfo
image-1backend

Pakistan ABŞ-dən deportasiya edilən 11 iranlını qəbul etmədi – Təyyarə geri qaytarıldı

image-reklam-veteninfo

ABŞ-dən deportasiya edilən İran vətəndaşlarını daşıyan çarter təyyarəsi Pakistanın onları qəbul etməkdən imtina etməsindən sonra geri qayıtmağa məcbur olub.

Vətəninfo.az xəbər verir ki, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) məxsus təyyarə səhər saat 05:00 radələrində Arizonanın Mesa şəhərindən havaya qalxıb. Lakin təxminən 30 dəqiqə sonra uçuş istiqamətini dəyişərək yenidən əvvəlki hava limanına enib.

Məlumata əsasən, təyyarədə olan 11 iranlı miqrant daha sonra həbsxanaya köçürülüb.

Pakistan hökuməti deportasiya olunan İran vətəndaşlarını daşıyan təyyarəni qəbul etməkdən imtinasının səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki