Bu gün Pakistanın baş naziri Şahbaz Şərif İranı ABŞ ilə danışıqları bərpa etməyə razı salmaq üçün hökumət daxilində məsləhətləşmələr aparır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Şahbaz Şərif ölkənin xarici işlər və daxili işlər nazirləri ilə görüşərək İran nümayəndə heyətinin yenidən danışıqlara qayıtmasını asanlaşdıracaq addımları müzakirə edəcək.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Pakistanın baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrinin komandanı Asim Munirin xahişi ilə İranla atəşkəs müddətinin uzadıldığını açıqlayıb. Tramp bildirmişdi ki, atəşkəs Tehran təkliflərini hazırlayana və danışıqlar yekunlaşana qədər qüvvədə qalacaq.


























