Pakistan Yaxın Şərqdə yaşanan son hadisələr və mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livandakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Vətəninfo.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bütün pakistanlılardan növbəti xəbərdarlığa qədər Livana səfər etməkdən çəkinmələri xahiş olunub.
Paylaşımda həmçinin bölgədəki son hadisələr nəzərə alınaraq Livanda yaşayan bütün Pakistan vətəndaşlarına kommersiya uçuşları həyata keçirilərkən bu ölkəni tərk etmələri ilə əlaqədar çağırış edilib.