image-1backend

Pakistan Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammitdə iştirakdan imtina edib

image-reklam_sirab_01

Pakistan Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak etməmək qərarına gəlib.

Vətəninfo.az xəbər verir ki , bu barədə RİA Novosti Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluçun sözlərinə istinadən xəbər verir.

“İsveçrə Pakistanı iyunun 15 və 16-da keçiriləcək sammitdə iştiraka dəvət edib. Lakin digər öhdəliklərə görə Pakistan iştirak etməyəcək”, – deyə o, brifinq zamanı bildirib.

O, Pakistanın qlobal sülhü təmin etmək üçün səylərin önündə olduğunu vurğulayıb.

İsveçrə iyunun 15-16-da Luzern yaxınlığındakı Burgenstock kurortunda Ukrayna ilə bağlı konfrans keçirəcək. 80-ə yaxın ölkə iştirakını təsdiqləyib. Konfransda ABŞ prezidenti Co Bayden, eləcə də Çin prezidenti Si Cinpin və Braziliya prezidenti Luiz İnasio Lula da Silva iştirak etməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki