Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs müddəti uzadılıb.
“Dawn” qəzeti adı açıqlanmayan yüksək səviyyəli diplomatik mənbəyə istinadən xəbər verir ki, atəşkəs bu gün Qətərin paytaxtı Dohada başlaması gözlənilən danışıqların sonuna qədər uzadılıb.
Mənbə atəşkəsin Əfqanıstanın tələbi ilə uzadıldığını iddia edib.
“Tolo News” isə Qətərdəki adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumatda atəşkəsin bu gün Dohada başlaması planlaşdırılan danışıqların sonuna qədər uzadıldığı və bunun Pakistanın istəyi ilə edildiyini açıqlayıb.
Danışıqların bitmə tarixi ilə bağlı isə məlumat verilməyib.