image-reklam-veteninfo
image-1backend

Pakistanda aramsız yağışlar həyatı iflic edib

image-reklam-veteninfo

Pakistanda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, ”Dawn” qəzetinin yaydığı məlumata görə, Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində yağan leysan yağışları nəticəsində çox sayda evə ziyan dəyib.

Bölgədə yaşanan təbii fəlakət nəticəsində 22 nəfər ölüb, çox sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib.

Hayber-Paxtunxva əyalətinin Kaqan bölgəsində yağan aramsız yağışlar səbəbindən körpünün uçması nəticəsində minlərlə turist Kaqan vadisində qapalı qalıb.

Sind əyalətində də yaşanan təbii fəkakət nəticəsində 3 nəfər həyatını itirib.

Baş nazir Şahbaz Şərif Milli Fəlakətlərin İdarə Olunması Agentliyinə (NDMA) musson yağışlarının vurduğu ziyana qarşı bütün lazımi tədbirləri görməsi ilə əlaqədar göstəriş verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki