image-1backend

Pakistanda bütün ibtidai məktəblər 1 həftəlik bağlandı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Pakistanda hava çirkliliyinin rekord səviyyəyə çatdığı Lahor şəhərində bütün ibtidai məktəblərdə təhsilə 1 həftəlik fasilə verildi.

“Dawn” qəzetinin xəbərinə görə, rəsmilər Pakistanın Pəncab əyalətində yerləşən Lahor şəhərində davam edən hava çirkliliyinə qarşı müxtəlif tədbirlər görüblər. Əyalət rəsmiləri hava keyfiyyətinin pisləşməsi səbəbindən şəhərdəki bütün ibtidai məktəblərdə təhsilə 1 həftəlik fasilə veriləcəyini elan edib. Pəncabın səlahiyyətli sədri Marriyum Auranqzeb keçirdiyi mətbuat konfransında yüksək səviyyəyə çatmış hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirərək məktəblərdə maska taxmağın məcburi hala gəlməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Vilayət idarəsi 30 oktyabrda Lahorda hava çirkliliyinin çox olduğu bölgələrdə hava keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyət qoymuşdu. Hava Keyfiyyəti İndeksi (AQI) məlumatlarına görə, 2 noyabrda şəhərdəki hava çirkliliyi səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “qəbul edilə bilən” səviyyənin 40 qat üzərinə çıxıb və Lahor “dünya üzrə hava çirkliliyinin ən yüksək səviyyəyə qalxdığı şəhər” olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image