image-1backend

Pakistanda dəhşətli istilərdən 600-dən çox insan ölüb

image-reklam_sirab_01

Pakistanda istilər səbəbindən 600-dən çox insan həyatını itirib.

Vətəninfo.az BBC-yə istinadən  xəbər verir ki, meyitxanalar həddən artıq doludur və daha bir neçə min insan xəstəxanalardadır. Əsas zərbə ölkənin ən böyük şəhəri Karaçiyə dəyib.

Rütubətə görə dözülməsi çox çətin olan qırx dərəcə rekord istilik şəhərin kasıb ərazilərini vurur. Küçədə işləyən və ya yaşayan insanlar elə oradaca ölürlər.

“Xəstəxanaya müraciət edənlərin əksəriyyəti 60-70 yaşlı insanlardır. Ancaq bəzilərinin təxminən 45 yaşı var idi, hətta iyirmi yaşlarında olanlar da var idi. Kömək etdiyimiz insanların çoxu küçədə işləyirdi. Biz onlara mümkün qədər çox su içməyi və belə yüksək temperaturda son dərəcə vacib olan yüngül paltar geyinməyi tövsiyə etdik”, – Kəraçi Mülki Xəstəxanasının təcili yardım şöbəsinin rəhbəri İmran Sərvər Şeyx Associated Press-ə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki