Pakistanın Bəlucistan bölgəsində sərnişin avtobusunun aşaraq dərəyə düşməsi nəticəsində azı 28 nəfər ölüb, 22 nəfər yaralanıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Pakistanın Geo TV telekanalı məlumat yayıb.
Qəza Vaşuk rayonunda baş verib. Xilasetmə xidmətinin məlumatına görə, qəzaya səbəb avtobus təkərinin partlaması olub.
Pakistanın baş naziri Şehbaz Şərif hadisə ilə bağlı başsağlığı verib, həmçinin zərərçəkənlərə yardım göstərilməsini tapşırıb.