image-1backend

Pakistanda dəhşətli terror: 38 ölü, 29 yaralı

image-reklam_sirab_01

Cümə axşamı Pakistanın şimal-qərbindəki qəbilə bölgəsində silahlı şəxslərin sərnişin avtomobillərinə atəş açması nəticəsində azı 38 nəfər ölüb, 29 nəfər yaralanıb, Hayber Paxtunxva əyalətinin baş katibi Nadim Aslam Çaudhry bildirib.
Kurram qəbilə bölgəsində baş verən hücumda ölənlər arasında bir qadın və bir uşaq olduğunu söyləyən Chaudhry, “Bu, böyük bir faciədir və ölənlərin sayının arta biləcəyi ehtimalı var” dedi.

Vətəninfo.az xəbər verir ki, Əfqanıstanla həmsərhəd olan qəbilələrin yaşadığı ərazidə silahlı şiə və sünni müsəlmanlar arasında torpaq mübahisəsinə görə onilliklərdir gərginlik var.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

“Silahlı şəxslər onlara atəş açan zaman biri Pişəvərdən Paraçinara, digəri isə Paraçinardan Pişəvərə sərnişin daşıyan iki sərnişin avtomobil karvanı olub”, – Paraçinarın yerli sakini Ziarət Hüseyn Reuters agentliyinə telefonla deyib və əlavə edib ki, qohumları karvanda Pişəvərdən səyahət edir.

Prezident Asif Əli Zərdari verdiyi açıqlamada sərnişin avtomobillərinə hücumu kəskin şəkildə pisləyib.

Azərbaycan xarici işlər nazirliyi terror aktı ilə əlaqədar Pakistan rəhbərliyi və xalqına baş sağlığı verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image