Pakistanda hərbi konvoya edilən hücum nəticəsində 6 hərbçi həlak olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Pakistan ordusundan verilən məlumatda bildirilib. Məlumata əsasən, hücum Əfqanıstanla sərhəddə yerləşən Cənubi Vəziristan bölgəsində törədilib. Hücumdan sonra baş verən qarşıdurmada 4 silahlının öldürüldüyü, 2 silahlının isə yaralandığı bildirilib. Məlumatda hücumu törədən silahlıların saxlanılması istiqamətində bölgədə əməliyyatların həyata keçirildiyi qeyd olunub.Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən ”Pakistan Talibanı” (TTP) öz üzərinə götürüb.
Son aylar ölkədə xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb. Rəsmi İslamabad bu hücumların Əfqanıstanda yerləşən ”Pakistan Talibanı” tərəfindən planlaşdırıldığını və idarə olunduğunu bildirir.
Əfqanıstan isə bu iddiaları rədd edir.