image-1backend

Pakistanda güclü partlayış baş verib, ölənlər var

image-reklam_sirab_01

Yerli polisin məlumatına görə, cümə günü Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində Taliban tərəfdarı olan seminariya daxilində məsciddə güclü bomba partladılıb, nəticədə ən azı 5 ibadət edən ölüb, 20-dən çox insan yaralanıb.

Bölgə polis rəisi Əbdül Rəşid bildirib ki, partlayış Hayber-Paxtunxva əyalətinin Akkora Xattak rayonunda baş verib. O, əlavə edib ki, zabitlər araşdırma aparır, ölən və yaralılar xəstəxanalara çatdırılır.

“Associated Press” xəbər agentliyinin məlumatına görə, Əfqanıstan Talibanı ilə əlaqəsi ilə tanınan “Camia Haqqania” seminariyasında baş verən hücuma görə məsuliyyəti dərhal heç bir qrup öz üzərinə götürməyib.

Partlayış müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image