image-1backend

Pakistanda istilər nəticəsində 450-yə yaxın adam ölüb

image-reklam_sirab_01

Pakistanın Kəraçi şəhərində (Sind əyalətinin inzibati mərkəzi) son dörd gündə 450-yə yaxın insan istilər nəticəsində ölüb.Vətəninfo.az  TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın ən böyük Edhi Trust xeyriyyə fondunun rəhbəri Faysal Edhi öz saytında məlumat verib.

“İsti hava səbəbindən Kəraçi şəhərinin meyitxanasında ölüləri qəbul etmək üçün yer yoxdur”, – Edhi bildirib.

Son bir neçə gündə 18 milyon əhalisi olan Kəraçidə havanın temperaturu +42-yə çatıb ki, bu da həmin şəhər üçün ekstremal hesab olunur. Həkimlər bildirdilər ki, sakinlərin ölüm hallarının artmasına istilər zamanı daha da pisləşən metropolun əlverişsiz ekoloji vəziyyəti təsir edib.

Kəraçi hakimiyyəti istilərin səbəb olduğu ölümlərlə bağlı statistikanı hələ açıqlamır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki