Pakistanın Pəncab əyalətində şiddətli musson yağışları nəticəsində 84 nəfər ölüb, 224 nəfər yaralanıb. 245 evə ziyan dəyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Express Tribune” Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Departamentinə istinadən xəbər verir.İnsan tələfatının əsas səbəbləri ildırım vurması, elektrik cərəyanı vurması və evlərin uçması olub.
Yağışlar nəticəsində onlarla ev heyvanı da tələf olub.Proqnozlara görə, yaxın 24 saat ərzində yağışlar davam edəcək, hakimiyyət Pəncabın cənubunda daşqın təhlükəsi elan edib.
Avqustun 18-də isə “Express Trubune” Milli Fəlakətlərin İdarə Olunması İdarəsinə istinadən xəbər verir ki, iyulun 1-dən avqustun 17-dək güclü yağışlar və sonrakı daşqınlar nəticəsində azı 195 nəfər ölüb. Daha 362 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Departamentin məlumatına görə, yağışlar geniş yayılmış nəticələrə, o cümlədən 2000-dən çox evin dağılmasına səbəb olub. Daşqınlar həmçinin ölkə boyu 44 kilometrdən çox yola və 30 körpüyə ziyan vurub.