Pakistanın cənub-qərbində polis avtobusuna əldəqayırma partlayıcı qurğunun hücumu nəticəsində azı 3 polis əməkdaşı ölüb, 20-si yaralanıb.Vətəninfo.az xəbər verir ki , bu barədə Dawn qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, partlayış bölgənin inzibati mərkəzi olan Kvettadan təxminən 35 km cənubda, Bəlucistan əyalətinin Mastunq rayonunda baş verib. Əl istehsalı partlayıcı qurğu yolun kənarında dayanmış motosikletə bərkidilib və polis avtobusu bomba yüklü avtomobilin yanından keçərkən işə salınıb.
Yaralıların hamısı Mastunq xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hələlik əyalətdə fəaliyyət göstərən heç bir terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürməyib.