image-reklam-veteninfo
image-1backend

Pakistanda terror aktı törədilib: ölənlər və yaralananlar var 

image-reklam-veteninfo

Bu gün Pakistanın şimal-qərbində yerləşən Xeybər Paxtunxva əyalətinin Bənnu bölgəsində motosikletə yerləşdirilmiş bombanın partlaması nəticəsində iki nəfər həlak olub, 17 nəfər yaralanıb.

Məlumata görə, ölənlərdən biri azyaşlıdır. Yaralılardan bir neçəsinin vəziyyəti ağır dəyərləndirilir.

Polis mənbələri bildiriblər ki, partlayış mağazaların yaxınlığında baş verib. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb və istintaq çərçivəsində sübutlar toplanır.

Əfqanıstanla sərhəddə yerləşən Xeybər Paxtunxva son illərdə tez-tez silahlı hücumlar və radikal qruplarla toqquşmalarla üzləşir. Bölgədə fəaliyyət göstərən silahlı qruplar arasında Təhrik-e-Cihad Pakistan da yer alır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki