Bu gün Pakistanda Xayber-Paxtunxva əyalətinin şimal-qərbində bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, polis hadisənin terror hücumu olduğunu və partlayışın təhlükəsizlik qüvvələrinin avtomobilini hədəf aldığını təsdiqləyib. Hadisəyə görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib. (IRIB News)
Qeyd edək ki, ötən həftə İslamabadda baş verən və ən azı 12 nəfərin ölümünə səbəb olan partlayışa görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” (TTP) öz üzərinə almışdı.


























