Vətəninfo.az “Mashregh News”-ə istinadən xəbər verir ki, dörd ölkəyə səfərini davam etdirən Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyədən İrana yola düşəcək.
Məlumata görə, nazir Tehranda İran prezidenti Məsud Pezeşkianla mühüm görüş keçirəcək və tərəflər ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd olunub ki, Şahbaz Şərif İran rəsmilərinə Pakistan və Hindistan arasında son günlər yaşanan gərginlik, eləcə də regiondakı ümumi vəziyyət barədə məlumat verəcək.