image-reklam-veteninfo
image-1backend

Pakistanın Əfqanıstanla sərhədində 11 hərbçisi öldürülüb

image-reklam-veteninfo

Pakistanın Əfqanıstanla sərhədində pusquya düşməsi nəticəsində 11 əsgər həlak olub . Vətəninfo.az xəbər verir ki, bu barədə  Reuters məlumat yayıb.

İslamçı yaraqlılar Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi karvanını pusquya salıb, nəticədə 9 əsgər və iki zabit həlak olub.

Hadisəyə görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.

“Təhrik-e-Taliban Pakistan” (TTP) 2007-ci ildə Pakistanda qurulmuş bir təşkilatdır. TTP-nin məqsədi Pakistanda radikal şəriət qanunlarına əsaslanan İslam dövləti qurmaqdır. Qrup hərbi və mülki hədəflərə çoxsaylı hücumlara, o cümlədən terror hücumlarına görə məsuliyyət daşıyır. 2018-ci ildən onun rəhbəri 46 yaşlı Nur Vəli Məhsuddur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki