image-1backend

Pakistanın həyata keçirdiyi hava hücumlarında 46 nəfər həyatını itirdi

image-reklam_sirab_01

Əfqanıstan rəhbərliyi Pakistan qırıcı təyyarələrinin ölkə torpaqlarına həyata keçirdiyi hava hücumlarında 46 nəfərin həyatını itirdiyini açıqladı.

Vətəninfo.az xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin mətbuat katibinin müavini Hamdullah Fitrət məsələ ilə bağlı mətbuata açıqlama verib. O, Pakistan qırıcı təyyarələrinin Əfqanıstan torpaqlarında həyata keçirdiyi 4 hava hücumu nəticəsində 46 nəfərin öldüyünü və 6 nəfərin də yaralandığını bildirib. Bir çox evin dağıldığını qeyd edən Fitrət qurbanların böyük əksəriyyətinin qadın və uşaqlardan ibarət olduğunu vurğulayıb.

Ötən gecə Pakistana məxsus qırıcı təyyarələr Əfqanıstanın Paktika vilayətinə bağlı bəzi bölgələri bombalamışdı. Əfqan rəsmiləri hücumlarda mülki şəxslərin hədəfə alındığını bildirir. Lakin Pakistan mediası isə hava hücumlarında hökumətə qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) 4 bazasının hədəf alındığını iddia edir.

Əfqanıstan müvəqqəti hökumətinin Müdafiə Nazirliyi hadisədən sonra verdiyi açıqlamada hücumların beynəlxalq normaları pozduğunu və cavabsız qalmayacağını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image