Pakistanın Müdafiə Nazirliyinin rəhbəri Xavacə Asif hesab edir ki, Hindistanla 2-4 gün ərzində başlayacaq müharibə təhlükəsi var. Vətəninfo.az xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti yazıb.
Xavacə Asif aydınlıq gətirib ki, onun açıqlaması qəti proqnoz kimi qəbul edilməməlidir.
O, yalnız qarşıdakı günlərin həlledici olacağını nəzərdə tutduğunu izah etdi.