Pakistanın keçmiş yüksək vəzifəli rəsmisi, təqaüddə olan general-leytenant Məhəmməd Səid bildirib ki, ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası Tehran üçün ən həssas nöqtələrdən birini hədəfə alıb və bu addım İranı sülh təkliflərinə cavab verməyə məcbur edə bilər.
Vətəninfo.az xəbər verir ki, general Səid New York Post qəzetinə açıqlamasında qeyd edib ki, İran hakimiyyəti ölkədəki iqtisadi çətinliklərin, yüksək inflyasiyanın və milli valyutanın dəyər itkisinin fərqindədir. Onun fikrincə, bu səbəbdən Tehran Vaşinqtonla danışıqları bərpa etməyə can atacaq.
Keçmiş rəsmi İranın hərbi imkanlarının məhdud olduğunu vurğulayaraq bildirib: “Onlar daha bir neçə gün dron və raket hücumlarını davam etdirə bilsələr də, ABŞ və İsraillə qarşılaşmaq üçün real hərbi gücə malik deyillər və etibar edə biləcəkləri səmərəli seçimləri yoxdur”.


























