image-reklam-veteninfo
image-img_1625backend

“Paltar satıb kosmetoloq olurlar”- Tanınmış həkimdən sərt iddialar

image-reklam-veteninfo

Həkim-kosmetoloq Kamilla İsayeva sosial şəbəkə hesabında kosmetologiya sahəsində fəaliyyət göstərən bəzi şəxslərlə bağlı sərt fikirlər səsləndirib.

Vətəninfo.az xəbər verir ki, Kamilla İsayeva tibbi təhsili və anatomiya biliyi olmayan şəxslərin özlərini kosmetoloq kimi təqdim etməsindən narazılığını ifadə edib.

Həkim-kosmetoloq bəzi şəxslərin tibbi təhsili olmadan kosmetologiya sahəsində fəaliyyət göstərdiyini iddia edib. O, müxtəlif sahələrdən bu sektora keçən və tibbi hazırlığı olmadığını bildirdiyi şəxsləri tənqid edib.

Kamilla İsayeva paylaşımında bəzi şəxslərin əvvəllər geyim satışı kimi başqa sahələrdə çalışdığını, daha sonra isə kosmetologiya ilə məşğul olmağa başladığını bildirib.

“Bir insanın anatomiyadan xəbəri olmasın, amma özünü həkim-kosmetoloq kimi reklam etsin. Biri paltar satır, sonra qərar verir ki, kosmetoloq olsun. Biri lazeroloqdur, deyir kosmetoloq olum. Ayıbdır, utanın, xəcalət çəkin!” – deyə o yazıb.

Kamilla İsayeva paylaşımının digər hissəsində ad çəkmədən bəzi şəxslərin davranışlarını da tənqid edib.

O, həmin şəxslərin sosial şəbəkələrdəki paylaşımlarını etik baxımdan qəbuledilməz hesab etdiyini bildirib. Həkim-kosmetoloq eyni zamanda bəzi şəxslərin uzun müddətdir borclarını qaytarmadığını iddia edib.

“Vallah, mən sizin yerinizə utanıram, xəcalət çəkirəm… Abırsız-abırsız paylaşımlar edirsiniz. Ayıbdır, mən utanıram, sizdə utanmaq yoxdur. Borcunuzu ödəyin, bir ili keçib”, – deyə Kamilla İsayeva qeyd edib.

Kamilla İsayeva paylaşımında konkret şəxslərin adlarını açıqlamayıb.

Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki