image-reklam-veteninfo
image-1backend

Papa öldürülüb? -İDDİA

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İtaliyanın “Il Fatto Quotidiano” nəşri xəbər verir ki, mərhum Papa Fransiskin üzündə böyük bir qançırma izi çoxlu suallar və fərziyyələr doğurub.

Məqalədə deyilir: “Papa Fransiskin çənəsi altında və sol yanağında nəzərəçarpan tünd ləkənin olması əlavə suallar və fərziyyələr yaradıb”.

Bəzi ekspertlər, nəşrin qeyd etdiyi kimi, ləkənin insult və ya beyin qanaması, yoxsa yıxılma nəticəsində yarana biləcəyi ilə maraqlanıblar.

İtaliyanın “Il Messaggero” nəşrinə müsahibəsində nevrologiya və kardiologiya sahəsində həkim və tədqiqatçı Sabrina Antikoli sonuncu variantın lehinə danışıb.

“Hemiplejidən oyanarkən yıxılma zədəsi” deyə izah etdi.

Xatırladaq ki, Roma Papası Fransisk bu bazar ertəsi səhər 88 yaşında vəfat edib. Vatikandan verilən məlumata görə, ölümün səbəbi bir sıra xroniki xəstəliklər fonunda insult olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki