image-1backend

Papa ölüm ayağında: Onda böyrək çatışmazlığı başlayıb

image-reklam_sirab_01

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyəti ağır olaraq qalır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Pontifikin vəziyyəti kritikdir, lakin o, dünən axşamdan bəri başqa heç bir tənəffüs böhranı keçirməyib. Papaya əlavə iki dəfə qan köçürülüb və bu, hemoqlobinin səviyyəsinin yüksəlməsinə səbəb olub. Onun trombositopeniyası (aşağı trombosit sayı) stabil qalıb, lakin bəzi qan analizləri yüngül böyrək çatışmazlığının başladığını göstərir və hazırda vəziyyət nəzarət altındadır. Papa burnundan yüksək axınlı oksigen qəbul edir. Şüuru yerindədir və ətrafdakılarla yaxşı ünsiyyət qurur. Klinik mənzərənin mürəkkəbliyi səbəbindən xəstəliyin gedişatını gözləmək lazımdır”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etbarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image