Papa Fransisk Müqəddəs Pyotr meydanında bazar günü xütbəsi zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyinə toxunub. Vətəninfo.az xəbər verir ki, Papa çıxışı zamanı deyib:
“Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq möhkəm razılaşmaya gətirib çıxaracaq.”, – deyə Papa əlavə edib.


























