Vətəninfo.az xəbər verir ki, Roma Papası XIV Leo, papalığa seçildikdən sonra ilk xarici səfərini noyabrın 27-dən 30-dək Türkiyəyə edəcək.
Səfər çərçivəsində Papa XIV Leo, Konstantinopol arxiyepiskopu və Ekumenik Patriarx I Varfolomey ilə görüşəcək. Həmçinin, onlar Nikea Ekumenik Şurasının 1700 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər.
Mənbə bildirib ki, Roma Papası səfəri zamanı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Bundan sonra, Papa İstanbulda Sultanəhməd məscidini ziyarət edəcək.
Səfərin sonunda, Papa XIV Leo Türkiyədən sonra Livana səfər edəcək.
Bu, Papanın xarici səfərləri arasında əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.


























