image-1backend

Paris döyüş meydanına çevrildi: 57 polis yaralandı

image-reklam_sirab_01

Parisdə 1 May nümayişinin iştirakçıları ilə toqquşma nəticəsində 57 polis yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, nümayişdən sonra 35 nəfər saxlanılıb. Kanalın qeyd etdiyi kimi, builki 1 May nümayişi ötən il hüquq-mühafizə orqanlarının 281 nəfəri saxladığı ilə müqayisədə daha dinc keçib.

Hər il Fransanın hər yerində Beynəlxalq İşçilər Gününə həsr olunmuş nümayişlər keçirilir. Bu il, səlahiyyətlilərin məlumatlarına görə, bütün ölkə üzrə 340 aksiya qeydə alınıb, orada 121 min nəfər (Parisdə 18 min) iştirak edib. “Ümumi Əmək Konfederasiyası” (CGT) həmkarlar ittifaqı 50 mini paytaxtda olmaqla 200 min nümayişçi haqqında məlumat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki