İtaliya parlamentində baş verən davaya görə 11 deputatın fəaliyyəti müvəqqəti dayandırılıb.
İclas zalında baş verən davaya görə İtaliya parlamentinin 11 deputatı müvəqqəti olaraq səlahiyyətlərindən kənarlaşdırılıb.Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliyanın “il Giornale” qəzeti məlumat yayıb.
Deputatların fəaliyyətinin dayandırılması 2 gündən 15 günə qədər davam edəcək.
Dava muxtariyyət haqqında qanun layihəsinin müzakirəsi zamanı müxalifətin iqtidar çoxluğa etirazı zamanı müxtəlif partiyaların deputatları arasında baş verib.
Nəticədə “Hərəkat” partiyasının deputatına tibbi yardım göstərilib.