image-1backend

Parlamentin 8 komitəsində büdcə MÜZAKİRƏ EDİLƏCƏK

image-reklam_sirab_01

Milli Məclisdə büdcə müzakirələri davam edir.

Vətəninfo.az xəbər verir ki, bu gün parlamentin 8 komitəsində gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri, Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrində “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

Qeyd edək ki, ötən gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni ilk oxunuşda müzakirə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image