image-reklam-veteninfo
image-1backend

Paşinyan: “2022-ci ildə Ermənistanın dövlətçiliyini və suverenliyini itirməyimizə 5 dəqiqə qalmışdı”

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci ildə ölkəsinin dövlətçiliyini və suverenliyini itirmək təhlükəsi ilə üzləşdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan bunu sentyabrın 17-də Yerevanda keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlılıq 2026” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Qərbi Azərbaycan” ifadəsi ətrafındakı ritorikaya toxunan Paşinyan bunun Ermənistan, regional təhlükəsizlik və Azərbaycanla formalaşmış sülh üçün ciddi çağırış və təhdid olduğunu bildirib.

Baş nazir Ermənistan-Azərbaycan sülh danışıqlarının yekunlaşmasından da danışıb. Onun sözlərinə görə, tərəflər danışıqlarda “mexaniki qarşılıqlılıq” prinsipindən uzaqlaşmaq qərarına gəldikdən sonra prosesdə irəliləyiş əldə olunub.

Paşinyan bildirib ki, müəyyən mərhələdə sülh sazişinin mətnini qarşılıqlı təklif və düzəlişlərlə daha da təkmilləşdirmək imkanları tükənib və Ermənistan qarşısında iki seçim qalıb: əvvəlki yanaşmanı davam etdirmək və ya fərqli məntiqə keçmək. Ermənistanın ikinci yolu seçdiyini deyib.

Ermənistanın 2022-ci ildəki təhlükəsizlik vəziyyətindən danışan Paşinyan, “Ermənistan Respublikasını itirə bilərdik. Dövlətçiliyimizi və suverenliyimizi itirməyimizə beş dəqiqə qalmışdı”, – deyə bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində ağır döyüşlər baş vermişdi. Ermənistan hökuməti həmin hadisələri öz ərazisinə qarşı genişmiqyaslı hücum kimi qiymətləndirmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki