image-nikolbackend

Paşinyan: “Bakı və İrəvan sülh müqaviləsinin şərtlərinə dair razılığa gəlib”

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün bildirib ki, Bakı və İrəvan sülh müqaviləsinin üç prinsipi üzrə razılığa gəlib və əgər buna əməl edilsə, sülh sazişi imzalanacaq.
Paşinyanın sözlərinə görə, üç prinsip aşğıdakı kimidir:
– Birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır, ona görə də Bakı Ermənistanın 29,8 min kvadratkilometr ərazisini, İrəvan isə 86,6 min kvadratkilometr Azərbaycan ərazisini tanıyır.
– İkinci prinsipə görə, tərəflər Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər, bu isə o deməkdir ki, sovet respublikalarının inzibati sərhədləri indi ölkələrin dövlət sərhədləridir və buna görə də onların toxunulmazlığı tanınmalıdır.
– Üçüncü prinsip isə bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanan regional münasibətlərin açılmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image