Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistanın inkişafı o zaman mümkün olacaq ki, Ermənistan kənardan kömək və müdaxilə olmadan qonşularının mühitində yaşaya bilsin. Vətəninfo.az xəbər verir ki, Paşinyan bunu ABŞ-dakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Paşinyanın sözlərinə görə, kifayət qədər uzun müddətdir ki, Ermənistan hakimiyyəti Ermənistanın inkişafının təmin etmək məsələsini öz qarşısına qoyub. “Məncə, regionumuzda və qonşularımız arasında kənar yardım olmadan yaşaya biləcəyimiz bir vəziyyət yarada bilsək, bunu edəcəyik”.
Bu o demək deyil ki, bizim müxtəlif geosiyasi mərkəzlərlə müxtəlif ittifaqlar və əməkdaşlıqlar olmamalıdır”. – Paşinyan bildirib.